“The Times”a danışan YPG-li: Türkiyə Afrində qalib gələcək

2018/02/546456_1518766542.jpg
Oxunub: 2280     15:35     16 Fevral 2018    
Türkiyənin “Zeytun Budağı” əməliyyatının davam etdiyi bir vaxtda Afrində döyüşən ingilis YPG mənsubu Türkiyənin mütləq qalib gələcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times” bildirib.

Xuanq Ley adlı Çin əsilli Britaniya vətəndaşı Afrində YPG-yə qoşulan beş ingilisdən biridir. Alayındakı 15 xarici döyüşçü ilə birlikdə qarşıdurmadan qurtulduğunu söyləyən Ley Türkiyə ordusunun böyüklüyünə nəzərən bir neçə mindən ibarət YPG-nin heç bir şansı olmadığını bildirib.

Gecə-gündüz bombalandıqlarını qeyd edən Ley Türkiyənin tanklara, zirehli maşınlara, qırıcılara, peyklərə sahib olduğunu və qarşılarının alınmasının mümkünsüz olduğunu deyib.

“Türkiyə böyük bir ölkə, sanki döyüş maşınıdır. Bir az zaman tələb olunsa da, əvvəl-axır bu müharibəni udacaqlar”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-Ordusu   YPG   Afrin   Terror  


Bizi "telegram"da izləyin