ABŞ-nin İsraildəki diplomatik nümayəndəlikləri bir günlük bağlanıb

2025/06/1749795934.jpg
Oxunub: 200     05:24     08 İyun 2026    
ABŞ-ın Yerusalim və Təl-Əvivdəki diplomatik nümayəndəlikləri iyunun 8-də, bazar ertəsi günü fəaliyyət göstərməyəcək.

Ordu.az-ın məlumatına görə, bu qərar iyunun 7-si axşam saatlarında İranın İsrailin şimalına endirdiyi zərbələrdən sonra qəbul edilib.

Bu barədə məlumat ABŞ-ın İsraildəki səfirliyinin rəsmi saytında yerləşdirilib.

Məlumatda həmçinin qeyd olunur ki, diplomatların ailələrinə mümkün yeni raket hücumu təhlükəsi ilə əlaqədar evdə qalmaq və sığınacaqların yaxınlığında olmaq tapşırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin