"Axios": Ağ Ev İsrailin Beyruta hücum etməsinə icazə verməyib

2026/03/1774694412.jpg
Oxunub: 248     05:55     08 İyun 2026    
ABŞ İsrailin Beyrut yaxınlığındakı "Hizbullah"ın obyektinə hücum etməsinə icazə verməyib.

Ordu.az xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən "X" sosial şəbəkə hesabında yazıb.

"Ağ Ev İsrailin Beyruta hücum etməsinə icazə verməyib. Başqa bir mənbə ABŞ-nin bununla heç bir əlaqəsi olmadığını bildirib", - deyə o əlavə edib.

Qeyd edək ki, İran Beyruta hücuma cavab olaraq İsrailə raketlər atıb. İsrail ordusu raketlərin ələ keçirildiyini bəyan edib. Öz növbəsində ABŞ Prezidenti Donald Tramp İsrail və İrana çağırış edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   Beyrut  


Bizi "telegram"da izləyin