İran Hayfanın sənaye zonasına və Colan yüksəkliklərinə zərbə endirib

2026/06/1780314053.jpg
Oxunub: 282     11:55     08 İyun 2026    
İran raketləri Hayfanın sənaye zonasını və Colan yüksəkliklərini hədəfə alıb.

Ordu.az xəbər verir ki, bu barədə “ParsTodayRussian” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, İran raketləri Hayfanın sənaye bölgəsinə və Colan yüksəkliklərində yerləşən hədəflərə zərbələr endirib.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin iki aviabazasına zərbə endirdiyini açıqlamışdı.

Bəyanatda qeyd olunub ki, İsrailin hərəkətlərinə cavab olaraq həyata keçirilən hücumların hədəfi ölkənin cənubunda yerləşən “Nevatim” aviabazası və Təl-Əviv yaxınlığında yerləşən “Tel Nof” aviabazası olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   Zərbə  


Bizi "telegram"da izləyin