Gorus və Gümrü təşvişdə: 70 PKK terrorçusu Ermənistana keçib

2018/02/7567_1518764461.png
Oxunub: 3592     14:54     16 Fevral 2018    
Bir neçə gündür ki, Ermənistan sərhəddini 70-dək terrorçunun keçdiyi barədə məlumatlar yayılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bəzi məlumatlara əsasən hazırda onlar Gorus şəhərindədirlər.

Gümrüdən daxil olan məlumata görə, şəhərdə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirilir. Söhbət əsasən xidmət və mehmanxana sahələrinin nəzarətindən gedir.

Məlumata görə, Gümrü məktəblərindən birində şagirdləri evə göndəriblər. Gümrü şəhər rəhbərliyi uşaqları məktəbə və bağçaya şəxsən aparmaq barədə valideynlərə xəbərdarlıq edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   PKK   YPG   Terror  


Bizi "telegram"da izləyin