Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan mülki aviasiya baş idarəsinin rəisi Sergey Avetisyan deyib.
O bildirib ki, Ermənistan müdafiə nazirliyinin mütəxəssisləri ilə aparılan müzakirələr nəticəsində, bu uçuşlar üçün “Arzni” aerodromunu istifadə etmək məqsədəuyğun hesab olunub.
"Bu aerodrom müdafiə nazirliyinə aiddir. Qüvvədə olan qanunvericiliyə görə bu aerodromun təyinatında dəyişiklik edilməsi zərurəti yaranıb. Bu aerodrom həm mülki, həm də hərbi ehtiyaclar üçün baza statusu daşıyacaq. Layihənin qəbul olunması halında “Arzni” aerodromunun həm də ümumi ehtiyaclar üçün istifadə edilməsi mümkün olacaq", - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az