Vətənə sədaqət andı: II Odu Korpusunda müqəddəs gün – FOTOLAR

2018/02/28053735_1011570235649947_1979237283_n_1518429529.jpg
Oxunub: 2193     18:01     12 Fevral 2018    
“Biz artıq nizami Azərbaycan Ordusunun şahidiyik. Mən bu gördüklərimdən sonra tam əminliklə deyə bilərəm ki, Azərbaycan Ordusu Qafqaz regionunun ən güclü ordusudur. Dövlətimiz və ordumuzun hərbçiləri qısamüddətli aprel döyüşləri zamanı sübut etdi ki, Azərbaycan işğal altında olan ərazilərini ən qısa müddətdə müharibə yolu ilə azad edə bilər... Mənim ilk övladım bu gün Vətənə xidmət edəcəyinə şərəf andı içdi. Mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz...”

Bu sözləri Ordu.az-a dünən Azərbaycan Silahlı Qüvvələrinin II ordu korpusunda keçirilən gənc əsgərlərin hərbi andı qəbuletmə mərasimdə, əsgər valideyini Fəxrəddin Səmədov bildirib.

Üç oğul atası olan F.Səmədov həmçinin digər oğullarının da qardaşları kimi həqiqi hərbi xidmətə çarılacağı günü həvəslə gözlədiyini deyib:

“Allahdan arzu edirəm ki, ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyi gün mənim övladlarımın xidmət edəcəyi günə təsadüf etsin. Bax onda bizim ailə bu Vətənə olan borcunu qaytarmış olacaq. Mən də başda olmaqla üç oğlum Vətən uğrunda canımızdan keçməyə hazırıq. Sizin vasitənizlə hərbi andı qəbul edən bütün gənc əsgərləri, onların valideynlərin təbrik edirəm!”

Xatırladaq ki, dünən II Odu Korpusunun Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Yüksək səviyyədə təşkil edilən mərasim hərbi hissəyə toplanan valideynlərin və tədbir iştirakçılarının böyük coşqusuna səbəb olub.

Dövlət Himinin səsləndirilməsi ilə başlanan təntənəli mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun gənc əsgərlərə ünvanladığı təbrik məktubu səsləndirilib. Çıxış edən zabit və əsgər valideynləri hərbi andı qəbul edən bütün gənc əsgərləri təbrik edərə onlara bu şərəfli yolda uğurlar arzulayıb.

Əsgərlər Vətənə sədaqət andı içdikdən sonra tədbir hərbi hissədə təşkil edilmiş konsert proqramı ilə davam etdirilib.












Elgün Gəncimsoy, Ağcabədi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-and   Ağcabədi  


Bizi "telegram"da izləyin