Belaruslu hərbi ekspert: “Bakı artıq “Polonez”lər üçün ilkin ödənişi ödəyib” – ÖZƏL

2018/02/516_3035310194.png
Oxunub: 4525     18:49     03 Fevral 2018    
Belarus ötən il yeni bazarlara çıxaraq əminliklə dünya silah ixtacatçılarının ilk iyirmiliyinə daxil oldu. Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Oleq Dviqalyev bəyan edib ki, 2017-ci il ərzində Belarusun silah və hərbi texnikasının ixracından əldə edilən gəlir bir milyon dollardan çox olub.

“2017-ci ildə ixrac öncəki illə müqayisədə 15 faiz artıb. Biz milyard dollardan çox gəlir əldə etdik”, - deyə Dviqalyev bildirib.

O, əsas bazarlar içərisində Rusiyanın adını çəkib, Minsk oranı HHM sistemləri və strateji təyinatlı raket qoşunları üçün nəqliyyat bazası ilə təchiz edir. Dviqalyevin sözlərinə görə, artıq BƏƏ ilə müqavilələr var, Afrika bazarının mənimsənilməsi üzrə işlər gedir.

Ordu.az-ın müxbiri ilə müsahibədə Belarusdan olan hərbi ekspert Sergey Marselyev bəyan edib ki, Azərbaycan Belarus silahının vacib alıcısıdır.


“Son bir neçə il ərzində Azərbaycan və Belarus hərbi sahədə aktiv əməkdaşlıq edir. Hazırda Bakı Belarusun uzunmənzilli ağır “Polonez” reaktiv yaylım atəşi sistemlərini almağa hazırdır. Azərbaycanda “Polonez”in əldə edilməsində maraqlıdırlar. Azərbaycan müdafiə naziri Zakir Həsənov məhz bu məqsədlə 2017-ci ilin oktyabr ayında Minskə səfər edib. Mənə elə gəlir ki, Bakı artıq bu komplekslərə görə ilkin ödənişi ödəyib”, - deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, “Polonez” bir sıra texniki xüsusiyyətlərinə görə hətta Amerikanın çoxməqsədli M142 HIMARS reaktiv yaylım atəşi sistemlərini də qabaqlayır.

““Polonez” sstemləri rəqibin istənilən qrup və nöqtəşəkilli hədəflərini, canlı qüvvəsi və texnikasını onun istənilən tərkibi halında məhv etməyə qadirdir. Bu sistemə nə daxildir? Birincisi, döyüş idarəetməsi maşını, ikincisi, yükləyici nəqliyyat maşını və üçüncüsü, atış nəqliyyat konteynerlərində müxtəlif təyinatlı fərqli raketlər.

Altı döyüş maşınından ibarət “Polonez” RYAS batareyası bir yaylım atəşi ilə 100 kvadrat kilometrdə olan 48 fərqli hədəfin üzərini örtə bilər. Raket maksimal atəş məsafəsi 280 kilometr olan peyk idarəetmə sisteminə malikdir. Qeyd edim ki, “Polonez” döyüş maşını Rusiyanın “İsgəndər” operativ-taktiki raket komplekslərinin qurulduğu şassi markasından istifadə edir.

Əminəm ki, əgər Bakı Minskən Rusiyanın “Armiya mira” internet videokanalının versiyası üzrə 2017-ci il üzrə dünyada ən yaxşı RYAS-ların ilk üçlüyünə daxil edilən bu güclü siulahları əldə etsə, bu, hərbi planda Azərbayanın güclənməsinə səbəb olacaq. “Polonez”in əldə edilməsi sayəsində Bakı, regionda öz mövqeyini daha da artıracaq”, - deyə hərbi ekspert bəyan edib.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Belarus   Polonez   Ekspert-rəyi  


Bizi "telegram"da izləyin