"Polonez" sözünə uyğun 84 nəticə tapıldı!

“NATO ilə əməkdaşlığı səssizcə genişləndirməliyik” - Sarkisyan

2018/12/10159-1545116677.jpg
Oxunub: 863     10:56     18 Dekabr 2018    
“Nə qədər ki, Rusiya bizə lazımdır, bundan 2 dəfə artıq bir o qədər də biz Rusiyaya lazımıq”.

Ordu.az xəbər verir ki, bu fikirləri Belarus prezidenti Lukaşenkonun Paşinyana Azərbaycana ən çox silah satanın Rusiya Federasiyası olduğunu xatırladan bəyanatına münasibət bildirən Ermənistanın “Respublika” partiyasının sədri Aram Sarkisyan özünün “Facebook” hesabında yazıb.

O qeyd edib ki, nə qədər xoşagəlməz və etikasız olsa da, Batka doğru deyir, əgər Ermənistanın KTMT-də kiməsə etirazı varsa, bu ilk növbədə Azərbaycana bir nömrəli silah satan tərəfə ünvanlanmalıdır.

“Bu, bizə strateji tərəfdaş və əsas müttəfiq olan Rusiyaya olmalıdır. Bu barədə nəsə demək yersizdir. Aram-aram, səssizcə, hay-küysüz NATO ilə əməkdaşlığı genişləndirməliyik. Belə olan halda bizə qarşı münasibət dəyişəcək. Əminəm ki, Rusiya bizə lazım olduğundan, 2 dəfə də artıq biz Rusiyaya lazımıq, əks halda Rusiyanın sərhədləri Krasnodar vilayətində yekunlaşacaq”,- deyə Aram vurğulayıb

Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərlə görüşündə Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla təmaslarına toxunaraq, dekabr ayının əvvəlində Sankt Peterburqda MDB ölkələrinin rəhbərlərinin görüşündə Azərbaycan silah satmaqla bağlı aralarında olan danışıqlardan bəhs edib.

“Putinin iştirakında dedim ki, Nikol gəl hər şeyi öz yerinə qoyaq. Azərbaycana silah satmaq üzrə ilk yerdə kimdir, Rusiya. Bəs nə üçün susursan, ona de (Putini nəzərdə tutur), buyur Vladimir Vladimiroviçi tənqid et, qorxursan? İkinci yerdə kimdir? İsrail, üçüncü yerdə Türkiyə, “Polonez”ləri nəzərə alaraq dördüncü yerdə Belarusdur. Belarusun üzərinə nə üçün hücum edirsən? Bizə hücum edirsən ki, başqaları nəsə anlasınlar. Belədirsə, de mən səssiz qalaram. Bax belə danışıqlar olub”, - deyə Lukaşenko vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   NATO