Çin Quadar dəniz bazası haqqında məlumatları təkzib etdi

2018/01/14548484512152_1515511277.jpg
Oxunub: 2511     02:07     10 Yanvar 2018    
“Dünyanı Çin-Pakistan İqtisadi Dəhlizinin (ÇPİD) başlanğıc nöqtəsi olan Quadarda dəniz bazası tikilməsi ilə bağlı spekülasiyalara yol verməməyə çağırırıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lu Kanq səsləndirib.

Təşkil etdiyi mətbuat konfransında jurnalistlərin Çinin Cibutidəki bazaya əlavə olaraq Quadarda ikinci dəniz bazasını tikməyi planlaşdırması ilə bağlı sualı cavablandıran katib belə bir məlumatdan xəbərdar olmadığını bildirib.

O, dünya mətbuatını belə məsələlər üzrə çox düşünməməyə və özlərindən ehtimallar irəli sürməməyə çağırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Pakistan.Quadar  


Bizi "telegram"da izləyin