Seul hərbi satınalmalarda islahatlara hazırlaşır

2018/01/154584515154522_1515512025.jpg
Oxunub: 1883     01:53     10 Yanvar 2018    
Bu gün Cənubi Koreya Milli Müdafiə Nazirliyindən və Müdafiə Satınalma Proqram İdarəsindən (DAPA) yüksək səlahiyyətli şəxslər ölkənin hərbi satınalma sistemində islahatlar planını müzakirə etmək məqsədilə görüş keçirib.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, son illərdə baş verən bir sıra korrupsiya skandallar və səriştəsizliklə bağlı ictimai qınağın artması islahatların zəruriliyindən xəbər verir.

Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib ki, rəsmilər 2018-ci ilin martına qədər “fundamental islahat” paketinin hazırlanmasına razılaşıblar. DAPA-nın rəhbəri Con Cey-quk islahatların ölkənin satınalma sisteminin sistematik, davranış, mədəni və struktural hissələrini əhatə edəcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Seul   DAPA   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin