Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin dövlət KİV-ləri məlumat verib.
“Liaoninq elmi məqsədlərlə istifadə olunan eksperimental bir gəmidir. O, Çinin gələcək aviadaşıyıcılarının tikintisi üçün məlumat və xidmətlərin təminatı missiyasını daşıyır. O həmçinin, təlim mərkəzi kimi də xidmət göstərir. Bu təlim mərkəzində ölkənin öz aviadaşıyıcı strukturunu yaratma səyləri çərçivəsində ixtisaslı döyüş komandirləri və pilotlar yetişdirilir”, - deyə Çao Veydonq bildirib.
Çaonun açıqlaması “Liaoning”in bir neçə gün öncə Tayvan boğazına daxil olması haqda məlumatların yayılmasından sonraya təsadüf edir. Lakin bu, həmin aviadaşıyıcının olduqca həssas zonaya daxil olduğu ilk belə hal deyil. Xatırladaq ki, “Lianoning” daha öncə 2017-ci ilin yanvarında və iyulunda da Tayvan boğazına daxil olub.
Ekspertlərə görə, gəmi 2016-cı ildən etibarən əhatəli təlimlər keçməyə başlayıb. Hal-hazırda güclü ilkin əməliyyat qabiliyyətinə sahib olan gəmi, həm quruda, həm də dənizdəki hədəfləri vurmaq üçün istifadə edilə bilər.
“Biz təyyarələrin döyüş performansını gücləndirmək üçün bir çox pilota təlimlər keçmişik. Bütöv aviadaşıyıcı strukturunun döyüş qabiliyyəti gələcəkdə önəmli dərəcədə güclənəcək”, - deyə Çao əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az