Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Riyaddakı avropalı silah idxalatçılarının yaydığı məlumatda bildirilib. Mənbələrə görə, Səudiyyə Ərəbistanı "Trophy" Aktiv Müdafiə Sistemi də daxil olmaqla, bir sıra İsrail silahlarını almağı düşünür.
Zirehli maşınlara quraşdırılan bu sistem raket və qumbaraları tutmağa, o cümlədən məhv etməyə qadirdir. Hətta məlumatlara görə, Səudiyyə ordu ekspertləri İsrailin raketdən müdafiə sistemini BƏƏ-nin payaxtı Əbu Dabidə yoxlayıb
Xatırladaq ki, 2017-ci ilin noyabrında İsrail Baş Qərargah rəisi general-leytenant Qadi Eyzenkot mülayim Ərəb ölkələri ilə təcrübə və kəşfiyyat mübadiləsi etməyə hazır olduqlarını vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az