Ordu.az Alternathistory.com saytına istinadən xəbər verir ki, bu yaxınlarda Suriya Hərbi Hava Qüvvələri komandanlığına tabe olan bölmələrdən birində Ural-43206-nın bazasında qurulan S-60 görüntülənib.
Daha öncə təkərli özüyeriyənlərin belə variantları görüntülənməyib. Yük maşını isə bunadək müxtəlif artilleriya sistemlərinin qoşulması məqsədilə istifadə olunub.
Lakin yük maşınının özüyeriyən artilleriya qurğusuna çevrilməsi nadir hadisədir. Təbii ki, Suriya şəraitində belə silahlar yerüstü hədəflərin məhvi üçün istifadə olunur. Buraya zirehli texnika, avtomobillər, o cümlədən piyada dəstəsi və mühəndis məntəqələri aid edilə bilər.
Ağalar Qəribov
Ordu.az