Rusiya hərbçiləri Suriyada PUA-ların hücumunu dəf ediblər

2018/01/34534534543_1515497354.jpg
Oxunub: 4109     19:27     09 Yanvar 2018    
Rusiya hərbçiləri ötən həftənin şənbə günü PUA-ların Hmeymim avibazası və Tartusda Rusiya Hərbi Dəniz Donanmasının maddi-texniki təminat məntəqəsinə hücumunu uğurla dəf ediblər.

Ordu.az Versii.com saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Günün qaranlıq saatlarının yaxınlşaması ilə Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən Rusiya hərbi obyektlərinə yaxınlıaşan 13 kiçikölçülü hava hədəfi müəyyənləşdirildi. 10 zərbə PUA-sı Hmeymim aviabazasına, daha 3-ü isə Tartus şəhərində yerləşən maddi-texniki təminat məntəqəsinə yaxınlaşırdı”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, Rusiya hərbçiləri bazaya hücum edən 6 PUA-nə zərərsizləşdirə biliblər. 7 PUA isə “Pantsir-S1” zenit raket kopleksi tərəfindən məhv edilib.

Hücum nəticəsində Rusiya hərbi obyektlərinə heç bir zərər dəyməyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Suriya   Pantsir-S1   PUA  


Bizi "telegram"da izləyin