Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusu Suriya ilə sərhəd zonası Kilis qəsəbəsinə xeyli sayda zirehli maşın və sursatın daxil olduğu hərbi birləşmə göndərib.
Eyni zamanda “The al-İtehad” saytı xəbər verir ki, Hələbin şimalındakı Dar əl-İzzah qəsəbəsində naməlum qüvvələrin həyata keçirdiyi hücum nəticəsində Türkiyə ordusunun zirehli maşını sıradan çıxarılıb.
Mənbələr əlavə edərək bildirib ki, təxminən 15 mindən çox Türkiyə qoşunu Afrinlə sərhəd zonası olan Kilisə yerləşdirilib. Ordu Kilisdəki sərhəd nəzarət məntəqələrinə zirehli personal daşıyıcısı, ağır artilleriya silahları da daxil olmaqla çox böyük həcmdə hərbi sursat göndərib.
Ağalar Ağalarlı
Ordu.az