NATO: Alyans Rusiyaya münasibətdə strategiyanı dəyişdirməyib

2018/01/210205223423_1515496934.jpg
Oxunub: 4337     19:20     09 Yanvar 2018    
Rusiya Federasiyası və Şimal Atlantik Alyansı arasında danışıqların yenilənməsi NATO-nun siyasətinə zidd deyil.

Ordu.az “BuzzFeed” portalına istinadən xəbər verir ki, bu barədə NATO-nin Avropadakı Birləşmiş Silahlı Qüvvələri komandanlığı məlumat yayıb.

Bununla belə, mənbələr Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəhbəri Valeri Gerasimovla NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı Körtis Skaparrotti arasında yanvarda görüşün baş tutub-tutmayacağına dair dəqiq bir məlumat səsləndirməyiblər.

“Münasibətin gələcəyi barədə lazımi məqamda xəbər veriləcək”, - deyə “BuzzFeed”dəki məlumatda qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   Bakı  


Bizi "telegram"da izləyin