Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, uğursuzluğun səbəbinin nə olduğu hələki aydın deyil.
İnkişaf proqramı davam edən bərk yanacaqlı K-4 raketləri Hindistan donanmasının “Arihant” sinifli ballistik raket sualtı qayıqları üçün nəzərdə tutulub. Proqram Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı tərəfindən aparılır.
Raketlərin təxmini vurma məsafəsi 3500 kilometrdir. Bu Hindistanın Pakistan və Çin də daxil olmaqla Asiya-Sakit okean zonasındakı rəqiblərinə zərbə endirmə imkanı verir.
Hal-hazırda Hindistanın iki ədəd “Arihant” sinifli ballistik raket sualtısı var. Dekabrın 17-də baş verən uğursuzluğun səbəbi kimi raketin lülədən çıxarkən alovlanmaması ehtimal edilir. Hesabatda bildirilir ki, sınaq əsnasında hərəkətə gəlməyən K-4 raketinin atış əmri verildikdən sonra batareyaları boşalıb. Bu K-4 raketinin 4-cü ümumi sınağı idi. Sınağın uğursuz olması isə proqram haqqında narahatlıqları artırıb.
Lakin K-4 sınağı uğursuzluğa düçar olan yeganə hind raketi deyil. Bu ilin əvvəllərində “Agni II” orta mənzilli ballistik raket də atış zamanı uğursuz olub. Ona səbəb kimi isə raketin qatı yanacağının çatdırılmasında proplemin yaşanması göstərilirdi.
Ağalar Ağalarlı
Ordu.az