Ordu.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin rəhbəri Georgi Borisenko bildirib ki, ABŞ-ın öz fəzasında Rusiya hərbi uçuşlarına qoyduğu məhdudiyyətlərə cavab olacaq bu qərar bazar ertəsi elan ediləcək.
Qeyd edək ki, Soyuq Müharibənin sonunda iki nüvə gücü arasındakı etimadın və şəffaflığın təşviqi məqsədilə bir neçə müqavilə imzalanıb. 1992-ci ildə bağlanan Açıq Səma Müqaviləsi də özündə silahlara nəzarət və digər şərtləri nəzərdə tutur. Lakin indi atılan bu addımlar bu müqavilədən boyun qaçırmaq deməkdir.
Son dövrlərdə hər iki tərəf bir-birini 1987-ci il orta və yaxın mənzilli nüvə silahlarının məhv edilməsi ilə bağlı müqaviləni pozmaqda ittiham edir. ABŞ bir neçə gün öncə Ukraynadakı separatçıları dəstəkləməkdə ittiham edilən Rusiyaya cavab olaraq Ukraynaya silah satışına icazə verib.
2016-cı il ABŞ-ın prezident seçkilərinə Kremlin müdaxilə etməsi iddiaları fonunda Vaşinqton Moskvaya tətbiq etdiyi sanksiyaları artırır. Ötən həftə hava ABŞ bir neçə önəmli rusiyalı şəxsi özünün qara siyahısına əlavə edib.
Kreml bildirib ki, Kalininqrad yeni bir silahlanma yarışına təşviq edilir. Qeyd edək ki, Kalininqrad Rusiyanın Avropadakı ABŞ RƏM sistemlərinə cavab olaraq təsis edilən və Rusiya donanmasının Baltik dənizindəki alayının, qısa mənzilli raketlərin yerləşdirilidiyi ən çox hərbiləşdirilmiş bölgəsidir.
Məlumat üçün qeyd edək ki, iyun ayında Kalininqradda baş tutan açıq səma uçuşlarının məhdudlaşdırılmasından şikayətlənən ABŞ buna cavab olaraq, raket sisteminin bir hissəsinin yerləşdirildiyi Alyaska və Sakit okean donanmasının aviabazası Havayda Rusiyanın açıq səma uçuşlarını qadağan edib.
Ağalar Ağalarlı
Ordu.az