ABŞ müşahidəçi təyyarələri üçün rus aerodromlarının sayı azaldılacaq

2017/12/image_big_12099145645645_1514364860.jpg
Oxunub: 354     16:52     27 Dekabr 2017    
2018-ci il yanvarın 1-dən etibarən Rusiya ABŞ müşahidəçi təyyarələrinin istifadə edə bildiyi aerodromlarının sayını azaldacaq.

Ordu.az Nakanune.ru saytına istinadən xəbər verir ki, Rusiya bu qərarı açıq səma haqqında razılaşmaya əsasən qəbul edir.

Rusiya Müdafiə Nazirliyi qeyd edir ki, bu addım ABŞ-ın qəbul etdiyi tədbirlərə cavab vermək xarakteri daşıyır.

Qərarın Vaşinqtonun Alyaska və Havay adaları üzərində Rusiya təyyarələrinin uçuşunu qadağan etməsinə cavab olaraq qəbul edildiyi bildirilir.

Həmçinin qeyd edək ki, avqust ayında ABŞ KİV-lərində Rusiya təyyarələrinə Kapitoli və Pentaqon üzərində uçuşların qadağan olunması müzakirə edilirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müşahidəçi-təyyarələr   Aerodromlar   Rusiya-ABŞ  


Bizi "telegram"da izləyin