Rusiyada “Pantsir-ME”nin sınaqları 2018-ci ildə başlanacaq

2017/12/PANCIR-M_MVMS-2017_1_11234234_1514293993.jpg
Oxunub: 396     21:10     26 Dekabr 2017    
““Pantsir-ME” dəniz zenit raket-artilleriya kompleksinin sınaqlarını növbəti ilin əvvəllərində quruda, sonra isə dənizdə aparmaq planlaşdırılır”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Almaz” mərkəzi dəniz konstruktor bürosunun rəhbəri Aleksandr Şlyaxtenko bəyan edib.

“Bu kompleks növbəti ilin əvvəllərində əvvəlcə quruda – stenddə, sonra isə gəmilərin birinə quraşdırılaraq dənizdə sınaqdan keçiriləcək”, - deyə Şlyaxtenko bildirib.

Onun sözlərinə görə, “Pantsir-ME” 1241 layihəsinin “Molniya” raket katerinə quraşdırılaraq Qara dənizdə sınaqdan keçiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pantsir-ME   Molniya  


Bizi "telegram"da izləyin