Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.
“Təcrübədə Vaşinqtonun “aqressor” adlandırdığı ölkələrə münasibətdə həyata keçirmək istədiyi real iqtisadi maraqlar və həmin ölkələrə münasibətdə tətbiq olunan vasitələr “Soyuq müharibə” dövrünün işğalçı siyasətini xatırladır”, - deyə Patruşev bildirib.
Katib qeyd edib ki, Amerikanın yeni milli təhlükəsizlik strategiyasında İran və KXDR təcrid olunan, Rusiya və Çin isə ABŞ-ın təhlükəsizliyini məhv etməyə çalışan işğalçı avtoritar güclər kimi xarakterizə olunur.
“Halbuki ABŞ-ın yeni dövlət strategiyası haqqında sənəddə xarici siyasi xətt kimi “güc vasitəsilə sülhün möhkəmləndirilməsi” və “Amerika təsirinin artırılması” qeyd olunur”, - deyə Patruşev qeyd edib.
Ağalar Qəribov
Ordu.az