Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.
“Qarşıda gerçəkləşdiriləcək xeyli məsələ var. İş çoxdur. Hər kəs Ali Baş Komandan Vladimir Putinin tapşırıq və çıxışını eşitdi”, - deyə Şoyqu bildirib.
Rusiyalı nazir qeyd edib ki, ilin sonunda Putinin 2012-ci ildəki əmrləri və tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı, o cümlədən artıq 10 dəfə keçirilən Soçi danışıqlarına dair hesabatlar hazırlanacaq.
“Müxtəlif regionlarla bağlı ciddi tapşırıqlar var. Artikadan, ölkənin şərqindəki adalardan və qərb sərhədlərinin möhkəmləndirilməsindən bəhs edirəm”, - deyə Şoyqu vurğulayıb.
Ağalar Qəribov
Ordu.az