Seul 2018-ci ildə KXDR-in ABŞ-la danışıqlara başlayacağını düşünür

2017/12/59018888c46188ea4a8b4604534534_1514283379.jpg
Oxunub: 415     18:14     26 Dekabr 2017    
Gələcəkdə KXDR ABŞ-la danşıqların aparılmasına və Cənubi Koreya ilə münasibətlərin qaydaya salınmasına cəhd edəcək.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə nazirliyinin hesabatında bildirilir.

“Şimali Koreya ABŞ-la danışıqlara cəhd edəcək, eyni zamanda de-fakto nüvə gücü kimi tanınmağa çalışacaq”, - deyə hesabatda bildirilir.

Koreya Respublikasının Birləşmə Nazirliyi hesab edir ki, KXDR həmçinin ona qarşı qəbul edilən sanksiyaların yumşaldılmasına nail olmaq üçün çıxış yolu tapacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin