“Hmeymim və Tartusda daimi qruplaşmalar formalaşdırılır” - Şoyqu

2017/12/462385556456_1514279570.jpg
Oxunub: 368     17:11     26 Dekabr 2017    
“Rusiya Hərbi Dəniz Donanmasının Tartusda və Hmeymimdəki aviabazada yerləşən maddi-texniki təminat bazalarında Rusiya hərbi qulluqçularının daimi qruplaşmalarını yaradılmasına başlanılıb”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu brədə Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

“Ötən həftə Rusiya ordusunun Ali Baş Komandan Vladimir Putir Tartus və Hmeymimdə yerləşən əsas bazaların struktur və tərkibini müəyyənləşdirdi. Artıq həmin ərazilərdə yerləşən daimi qruplaşmaların formalaşdırılmasına başlamışıq”, - deyə Şoyqu bildirib.

Rusiyalı nazirin sözlərinə görə, ilk dəfə özünü geniş miqyasda Suriyada əməliyyatları çərçivəsində göstərən hərbi polisin də rolu böyükdür.

“Zənnimcə, ilk dəfə irimiqyaslı əməliyyatlarda hərbi polisdən istifadə olunurdu və onlar özlərini ən yaxşı tərəfdən göstərə bildilər”, - deyə Şoyqu qeyd edib.

O həmçinin Hmeymim və Tartusdakı bazalar haqqında Prezidentin qərarının ratifikasiya edilməsinə görə parlamentə təşəkkürünü bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tartus   Hmeymim  


Bizi "telegram"da izləyin