Rusiya Tartus dəniz bazasını genişləndirir - 11 gəmi yerləşdiriləcək

2017/12/syria-russia-759456_1514277771.jpg
Oxunub: 493     16:40     26 Dekabr 2017    
Rusiya Dövlət Duması dekabrın 21-də Suriyanın Tartus liman şəhərindəki dəniz bazasının genişləndirilməsi haqda razılaşmanı ratifikasiya edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya bazaya eyni vaxtda nüvə silahına malik döyüş gəmiləri də daxil olmaqla 11 gəmi yerləşdirə bilər.

Rusiya dənizdən və havadan müdafiəni təmin etdiyi halda, Suriya bazanın quru təhlükəsizliyindən məsul olacaq. Məsələnin Suriya ilə razılaşdırılacağı təqdirdə, Rusiya bazadan kənarda da müvəqqəti mobil postlar yerləşdirə bilər.

Razılaşma həmçinin, Rusiyaya bazanı təmir etmək, yenidən tikmək və ya ümumiyyətlə məhv etmək haqqını verir.

Sənəd personalın, onların ailə üzvlərinin statusu, Suriyada baş verəcək cinayətlərə görə bu personalın və ailə üzvlərinin mühakimə olunması kimi hüquqi qaydalara da aydınlıq gətirir.

Müqavilə 49 il müddətinə imzalanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tartus   Rusiya   Dəniz-bazası  


Bizi "telegram"da izləyin