Türkiyənin cənubunda yerləşən Qaziantep vilayətində yerləşən hərbi hissələrin birində qərbi qulluqçular arasında qidadan kütləvi zəhərlənmə faktı qeyd alınıb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. İlk məlumatlara görə, 70-yə yaxın hərbi qulluqçu xəstəxanaya yerləşdirilib.
Hərbçilərin səhhəti barədə heç bir məlumat açıqlanmayıb. Fakta dair cinayət işi açılıb, araşdırma aparılır.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Zəhərlənmə
Türkiyə