Yaponiya ilk təyyarə daşıyıcısını yaradacaq

2017/12/345345345_1514267596.jpg
Oxunub: 456     13:51     26 Dekabr 2017    
Yaponiya rəhbərliyi ölkənin Özünümüdafiə Qüvvələrinin “Izumo” helikopter daşıyısıcının bazasında ilk təyyarə daşıyıcısını yaratmaq niyyətindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

Təyyarə daşıyıcısının yaradılması üçün əvvəlcə istiyədavamlı materialların tətbiq edilməsi və möhkəmləndirilməsi ilə bağlı işlərin görülməsi planlaşdırılır. Buna səbəb isə təyyarələrin mühərriklərinin istiliyinə davamlılığı təmin etməkdir.

Bununla yanaşı “Izumo”nu əlavə vasitələrlə təchiz etmək zərurəti də mövcuddur. Belə ki, helikopter daşıyıcısı ilə təyyarə daşıyıcıları arasında bir sıra əsaslı fərqlər mövcuddur.

Təyyarə daşıyıcısının hazırlanması üçün vəsaitin Yaponiyanın Müdafiə Nazirliyi tərəfindən 2019-cu il büdcəsi üçün ayrılması gözlənilir. Gəminin ölkə Silahlı Qüvvələrinə 2020-ci ildə təhvil verilməsi planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Izumo   Yaponiya   Təyyarə-daşıyıcısı  


Bizi "telegram"da izləyin