İranlı deputat: “Əgər İran Yəmənə raket versəydi, vəziyyət başqa cür olardı”

2017/12/IMG-20171225-WA0017_1514226446.jpg
Oxunub: 442     01:43     26 Dekabr 2017    
“Əgər İran İslam Respublikası yəmənliləri raketlə təmin etsəydi, bunu qürurla elan edərdi”.

Ordu.az “İran-daily” saytına istinadən xəbər verir ki, bu fikirləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Hüseyn Nəqavi səsləndirib.

Millət vəkilinin açıqlamasından önə çıxan fikirlər bunlardır:

“Yəmənli döyüşçülər illərdir ki, Səudiyyə Ərəbistanının hava hücumlarına qətiyyətlə cavab verir, lakin ilk dəfədir ki, keçən ay Riyada atılan raket Səudiyyə və ABŞ-ı İranı yəmənlilərə raket çatdırmaqda günahlandırmağa ruhlandırdı.

İran İslam Respublikası başqa bir dövlətə raket tədarük edib-etmədiyini açıqlayacaq qədər cəsur, qürurlu və dürüstdür. Səudiyyə Ərəbistanı bilməlidir ki, əgər İran raketləri yəmənlilərin əlində olsaydı, müharibənin gedişatı tamam fərqli olardı”

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və ABŞ son zamanlarda husilər tərəfindən Riyada atılan raketlərin İran tərəfindən onlara verildiyini iddia edib. İran tərəfi bu iddiaları dəfələrlə rədd edib.

Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Yəmən