Rusiya XİN: Kosmosda silahlanmanın qarşısının alınmasında BMT-nin rolu vacibdir

2017/12/15_1514224934.jpg
Oxunub: 490     01:59     26 Dekabr 2017    
BMT tərəfindən Hökumət Ekspertləri Qrupunun yaradılması kosmosda silahlanma yarışının qarşısının alınmasında Rusiya-Çin layihəsinin hərtərəfli mütəxəssis müzakirəsi üçün şərait yaradır.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyi BMT Baş Assambleyasının Rusiya və Çinin dekabrın 24-də irəli sürülən “Kosmik ərazidə silahlanma yarışının qarşısının alınmasında görüşəcək praktiki tədbirlər” qətnaməsi təşəbbüsünün qəbul edilməsi ilə əlaqədar bəyanat yayıb.

“Bu sənəd əsasən BMT-nin Hökumət Ekspertləri Qrupunu formatında kosmik ərazidə silahlanma yarışının qarşısının alınmasında vacib element və zəruri nüansların müzakirə edilməsini nəzərdə tutur”, - deyə Rusiya XİN bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   BMT   Silahlanma-yarışı  


Bizi "telegram"da izləyin