Rusiya MN “Forpost” PUA-larının alışını davam etdirəcək

2017/12/0_67c33_71cbb337_XL234234_1514206589.jpg
Oxunub: 396     20:53     25 Dekabr 2017    
“Rusiya Müdafiə Nazirliyi Suriyada döyüş təcrübəsi keçməklə yaxşılaşdırılan və bütünlükdə Rusiya istehsalı olan tərkib hissələrindən hazırlanan “Forpost” PUA-larının 2019-cu ildən alışını davam etdirməyi planlaşdırır”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov bəyan edib.

“Suriyada “Forpost” özünü ən yaxşı tərəfdən göstərdi. Buna görə də biz yaxın onillik ərzində bu PUA-ları istifadə etməyi planlaşdırırıq. Onlar modernləşmə keçəcək. Həttta yeni informasiya vasitələrinin – lokatorların əlavə edilməsi də mümkündür”, - deyə Borisov bildirib.

O, “Forpost”ları istehsal edən Ural Mülki Aviasiya zavodunun əməkdaşlarına Hmeymim bazasında daima Rusiya hərbçilərinin yanlarında olduqları və PUA-lara texniki qulluq göstərdikləri üçün təşəkkür edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Forpost   PUA  


Bizi "telegram"da izləyin