Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Ukrayna ölkənin şərqində vəziyyətin tənzimlənməsi üzrə əlaqə qrupunun üzvü İrina Geraşenko humanitar alt qrupunda bəyan edib.
“Mən bu günlərdə Donetsk və Luqanskdan buraxılmayacaq şəxslər barədə düşünməyi unutmuram. Bizim hamını xilas etməklə bağlı planımız var və bunu qısa zamanda realizə etmək istəyirik”, - deyə Geraşenko “Facebook” hesabında yazıb.
O, jurnalistləri bir qədər səbrli olmağa səsləyib.
“Biz Ukrayna qanunvericiliyi çərçivəsində 306 əsiri verməyə hazırıq, əvəzində isə 74 ukraynalının işğal olunan ərazilərdən azad edilməsini istəyirik”, - deyə Geraşenko bildirib.
Ağalar Qəribov
Ordu.az