Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Suriya Quru Qoşunları və onun müttəfiq qüvvələri İsrail-Livan sərhədindəki strateji ərazilərə yaxın Beyit Cin anklavına doğru irəliləyib.
Məlumatda bildirilib ki, Suriya qüvvələri üsyançılarla qarşı aparılan hərbi əməliyyatlar zamanı baş verən qarşıdurmalar nəticəsində Beyit Cinə doğru irəliləyərək Hermon dağının ətəklərində yerləşən Muğr əl-Mir kəndini mühasirəyə alıb.
Qeyd edilir ki, hökumətin ötən ildən nəzarəti bərpa etdiyi Dəməşqin cənub-qərbindəki qərbi Qutada yerləşən Beyit Cin, üsyançıların bu ərazidəki sonuncu qalasıdır.
Ağalar Ağalarlı
Ordu.az