Husilər Səudiyyə Ərəbistanının bir neçə əsgərini öldürüb

2017/12/husiler-seud-qiricisini-vurdular-1155234534_1514202222.jpg
Oxunub: 730     19:41     25 Dekabr 2017    
Yəmənin Cizən və Nəcran ərazisində Səudiyyə Ərəbistanı qoşunlarına hücum edən husilərin xeyli sayda əsgəri öldürdüyü və yaraladığı bildirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əsgərlər adı çəkilən bölgələrdəki Qiyas dağlarında husilərin gözlənilməz hücumlarına məruz qalıb.

Ağır artilleriyadan atəş açılması nəticəsində xeyli sayda əsgərin həlak olduğu və yaralandığı qeyd edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən  


Bizi "telegram"da izləyin