Rusiya Sudanda AES tikəcək

2017/12/345345345345_1514017996.jpg
Oxunub: 448     16:41     23 Dekabr 2017    
Cümə günü Rusiya Sudanla onların ölkəsinin ərazisində atom elektrik stansiyası tikmək barədə razılaşma imzalayıb.

Ordu.az İnright.ru saytına istinadən xəbər verir ki, bu razılaşma Rusiya prezidenti Vladimir Putinlə onun sudanlı həmkarı Ömər əl-Bəşir arasında müqavilə imzalanmasından sonra imzalanıb.

“Agence France Presse” agentliyi yazır ki, Sudan rəhbəri Rusiya Federasiyası ilə daha sıx hərbi əlaqələr yaratmaq niyyətindədir. Həmçinin energetika sahəsində də sıx əməkdaşlıq etmək planlaşdırılır.

Nüvə texnologiyalarının inkişafı Sudana enerji təhlükəsizliyinin öhdəsindən gəlməyə imkan verəcək.

Xatırladaq ki, Sudan lideri Putinlə görüş zamanı xahiş edib ki, onun ölkəsini Amerikanın aqressiv fəaliyyətindən qorusun. Bununla əlaqədar olaraq, əl-Bəşir Rusiya ilə hərbi sahədə əməkdaşlıq etmək istədiyini bildirib və qeyd edib ki, Moksvanın Suriyadakı fəaliyyətini yüksək qiymətləndirir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Sudan   AES  


Bizi "telegram"da izləyin