Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauret bəyan edib.
“Şimali Koreya ilə birbaşa danışıqlar variantı onlar nüvəsizləşdirmə prosesinə başlayanadək nəzərdə tutulmur. Bu, Rusiyanın, Çinin və bir çox dünya dövlətlərinin də razılaşdığı məsələdir. KXDR danışıqlara və ciddi diskussiyalara heç bir maraq nümayiş etdirmir”, - deyə Nauret bildirib.
Bununla belə, Nauret KXDR məsələsinin Lavrov və Tillerson görüşündə müzakirə edilib-edilməməsini təsdiqləməyib.
Ağalar Qəribov
Ordu.az