Araşdırmalara görə, qeyd edilən nöqsanlar Ermənistan prezidentinin məsləhətçisi, prezidentin baş müffəttişi, general-polkovnik Mikayel Harutyunyanın qrupu tərəfindən aşkar edilib. Xüsusilə nəzərə çarpan qanun pozuntuları tikinti və mühəndis işləri sahəsində baş verib.
İndi isə daha bir məqamı qeyd edək. Cəmi bir neçə metr sahəsi olan bir dayaq məntəqəsinin inşasında 400 ton sementin silindiyi məlum olub. Qar təmizlənməsi və səngər qazılması adı ilə silinən pullardan hələ danışmırıq.
Haykaz Bağmanyanın vəzifədən azad edilməsinə dair Vigenin açıqlaması isə olduqca maraqlıdır.
“General Bağmanyan mənim məsləhətimlə təxris olunma haqqında ərizə yazıb. Bu qərarları Ermənistan prezidenti verir. Mənim məsləhətimin səbəbi xidməti vəzifə borclarını icra etməməsidir. Bu bir yerdə gələcəkdə xidmət etməklə bir araya sığmır”.
Maraqlıdır, məsləhətlə azad edilmə, nəticə etibarı ilə məsuliyyətdən yayınma hallarına gətirib çıxarır ki, biz bunu Bağramyan işinin qapanmasında gördük.
Alpər Mövludoğlu
Ordu.az