Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Vigen Sarkisyan Baş Qərargah rəisinin müavini general-leytenant Haykaz Bağmanyanın vəzifə borclarına səhlənkar yanaşmasına görə tutduğu vəzifədən azad ediləcəyini desə də, səhlənkarlığın nədən ibarət olduğunu açıqlamayıb.
Lakin əldə edilən məlumata görə, Movses Hakopyan çoxdan Bağmanyandan canını qurtarmaq istəyirdi. Baömanyana qarşı digər korrupsiya faktları olsa da, səbr kasası hərbi hissələrdən birində noyabrın 21-də 3 hərbi qulluqçunun ölümü ilə nəticələnən mina partlayışı hadisəsi ilə doldu.
Ermənistan müdafiə nazirliyində hesab edirlər ki, Bağmanyanın vəzifəsi ləğv edilməklə Baş Qərargah rəisinin üç müavin vəzifəsi əvəzinə, iki müavin vəzifəsi qalacaq.
Alpər Mövludoğlu
Ordu.az