Ermənistan parlamenti 100 milyonluq kredit sazişini təsdiqləyib

2017/12/45645645_1512543061.jpg
Oxunub: 326     14:49     06 Dekabr 2017    
Ermənistan parlamenti Rusiyadan 100 milyon dollarlıq kredit sazişini təsdiqləyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan parlamenti Rusiyadan İrəvana 100 milyon dollarlıq kredit verilməsi ilə bağlı sazişi 92 səslə təsdiq edib.

Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 15 il müddətinə illik 3 faizlə veriləcək. Bundan başqa, Ermənistanla bağlanan müqavilələrin dəyərinin 10 faizini avans ödəmə şəklində birgə maliyyələşdirmə məsələsi nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ilin iyunun 26-da Ermənistan və Rusiya Federasiyası arasında silah tədarükü ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   100-milyon  


Bizi "telegram"da izləyin