Ərdoğan: “Türkiyə kürdlərin terrorçu dövlətinin yaradılmasına izn verməyəcək”

2017/12/151023878734534_1512482143.jpg
Oxunub: 382     21:53     05 Dekabr 2017    
“Türkiyə öz sərhədləri ilə qonşu ərazidə ABŞ-ın dəstəyi ilə Suriya kürdlərinin terrorçu dövlətinin yaradılmasına yol verməyəcək”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“ABŞ-ın bizə qarşı yönələn planını aydın şəkildə görürük. Suriyanın şimalında terror dəhlizi yaradılır. Əgər artıq orada İŞİD qalmayıbsa, niyə Amerika silahı hələ də oraya çatdırılmağa davam edir? Bu silahlar kimə qarşı istifadə olunacaq? İrana, Türkiyəyə, yoxsa Rusiyaya qarşı? Sakit şəkildə ABŞ-ın bizim sərhədlərimizdə terrorçu dövləti yaratmasını izləməyəcəyik”, - deyə Ərdoğan Ədalət və Tərəqqi partiyasının iclasında çıxış edərkən bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, ölkəsi daha öncə öz dostu hesab etdiyi qüvvələrin şəxsi heyətinə zərər gətirməmək üçün ehtiyatlı davranırdı, lakin yaxın gələcəkdə PKK terror təşkilatının Suriya qolu bütünlüklə məhv ediləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   PKK  


Bizi "telegram"da izləyin