Bu günə qədər Ermənistan müdafiə nazirinin birinci müavini mətbuatda yayılan məlumatları nə inkar edir, nə də təsdiqləyirdi. Lakin bu gün Vigen Sarkisyan bəyan edib ki, Haykaz Bağmanyan onun məsləhəti ilə işdən azad olunma haqqında ərizə yazıb. Vigen Sarkisyan bildirib ki, onun işdən azad edilməsinə səbəb xidməti vəzifə borclarını yerinə yetirməmə və xidməti uyğunsuluqdur. Sarkisyan əlavə edib ki, əlbəttə qərar verən prezidentdir, lakin onun bəyanatından sonra demək olar ki, Serj Sarkisyan Bağmanyanın istefa ərizəsini qəbul edəcək. İstənilən halda onun ərizəsini qəbul etməmək Vigen Sarkisyanın nüfuzuna xələl gətirər.
Çətin ki, Vigen Sarkisyan Serj Sarkisyanın qərarına əmin olmadan bunu nəzərə almasın. Bağmanyanın ərizəsini qəbul edərək, onu istefaya göndərdiyi halda, vəziyyət təmamilə dəyişəcək. Belə ki, Serj Sarkisyan bununla Vigen Sarkisyanın nüfuzunu artıracaq. Faktiki olaraq, Ermənistan müdafiə nazirliyi sistemində yeni Viqen Sarkisyan sistemi formalaşacaq. Hazırda, Serj Sarkisyan himayəsi altında olan xadim, iqtidar sisteminin və müdafiə nazirliyinin demək olar ki, toxunulmaz hesab edilən fiqurlarınıdan birini uzaqlaşdırır.
Bu əlbəttə Vigen Sarkisyanın üçün ordunun idarə edilməsində əlavə "güc" qatacaq. Möhlət hüququnun ləğv edilməsi ərəfəsində baş vermiş qalmaqallı hadisələr fonunda, bunu, Viqen Sarkisyanın baş nazir, yoxsa müdafiə naziri postunda mövqelərinin möhkəmləndirilməsi kimi qəbul etmək olarmı? O zaman yayılan məlumatlara görə, Serj Sarkisyan bu yolla Vigen Sarkisyanın vurulmasına zəmin hazılayırdı.
Buna baxmayaraq, Haykaz Bağmanyanın məsələsi bunun tam əksini sübut edir, Sarkisyan Vigenin möhkəmlənməsini və nüfuzunu artırır. Şübhəsiz ki, Serj Sarkisyanın dəstəyi olmadan Vigen Sarkisyan bunu özbaşına edə bilməzdi.
Alpər Mövludoğlu
Ordu.az