"Baş Qərargah rəisinin müavini işdən azad edilmə haqqında ərizə yazıb" - Vigen Sarkisyan

2017/12/435345_1512475787.jpg
Oxunub: 452     20:08     05 Dekabr 2017    
"Mənim məsləhətimlə Haykaz Bağmanyan işdən azad edilmə haqqında ərizə yazıb".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Haykaz Bağmanyanın işdən azad edilməsi haqqında yayılan məlumatlara cavab olaraq dekabrın 5-də jurnalistlərlə görüşü zamanı Ermənistan müdafiə naziri Vigen Sarkisyan deyib.

Vigen Sarkisyan qeyd edib ki, həmişə olduğu kimi bu barədə qərarı prezident qəbul edir. Belə bir məsləhət verməsinə nə səbəb olub sualına isə, xidmət şərtlərinə əməl edilməməsi, xidməti uyğunsuzluq deyə erməni nazir cavab verib.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Vigen Sarkisyan BQR-nin müavinləri Haykaz Bağmanyanın və Stepan Qalstyanın işdən azad edilməsi haqqında qərar qəbul edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin