Təbii ki, yuxarıda qeyd edilənlər Rusiya silahının dünyada ən yaxşı olmasına dəlalət etmir. Yox. ABŞ, İsrail, Britaniya, Fransa və Çin silah nümunələri onlardan heç nə ilə geri qalmır, hətta bəzi komponentlərdə qabaqlayır. Bu, xüsusən, ABŞ istehsalı olan silahlara aiddir. Lakin çıxılmaz vəziyyət yaranıb: yeni texnologiyalara aludəçilik Qərb istehsalçıları ilə acı zarafat etdi. Axı daha çox elektron tanklar, təyyarələr, gəmilər və s. istehsal etdikcə, bu elektronikadan imtina etmək daha da çətinləşir. Bu mənada Rusiya silahları çox zaman daha sadə görünür, lakin buna qarşılıq olaraq böyük etibarlılığa, ən yaxşı təmir edilmə xüsusiyyətinə malikdir. Bu isə döyüş şərtlərində çox vacibdir.
Artıq 10 ildən çoxdur ki, Azərbaycan Rusiya silahlarnın ənənəvi alıcısıdır. Nəticədə Azərbaycan ordusunun arsenalında müasir T-90 tankları, özüyeriyən “Msta-S” qaubitsaları, S-300 zenit sistemləri və s. peyda olub. Lakin həyat dayanmır, yeni-yeni silah növləri istehsal olunur, köhnələr isə modernləşdirilir. Və Rusiyada Azərbaycan ordusunu gücləndirə biləcək yeni silah növməli meydana gəlir. Söhbət hansı silahlardan gedir?
Bu siyahıda ilk cərgəni TOS-1A “Solntsepek” ağır odsaçan sisteminə vermək olar. Azərbaycan ordusunun silahlanmasında 24 belə maşın var, indi isə onlar üçün yeni istilik təzyiqli döyüş sursatları hazırlanıb. Maşını T-72 tankının bazasında yaradıblar. Çəkisi 46 tondur. 30, yaxud 24 ədəd 220 millimetrlik istilik təzyiqli raket kaseti ilə təchiz edilib. Bir yaylım atəşi 40 min kvadrat metrədək ərazini örtür, istilik təzyiqli döyüş sursatı isə 3000 dərəcəyə yaxın temperatur yaradır. Atış məsafəsi 6 kilometr, maksimal hədəfdən yayınma isə 10 kilometr təşkil edir.
“Solntsepek”in hədəfləri düşmənin möhkəmləndirilən mövqeləri, bir əraziyə toplaşan canlı qüvvə və texnikasıdır. Onun üstünlüyündən böyük ərazidə düşmənin canlı qüvvə və texnikasının ani məhvi üçün istifadə etmək olar. Bununla belə, atış zamanı maksimal temp 6 saniyədən 12 saniyəyə qədər çəkə bilir, bu isə onun effektivliyini davamlı artilleriya batareyasının atəşi ilə müqayisə etmək imkanı verir. Hərəkətli maşın atışdan dərhal sonra yeni mövqeyə keçə, düşmənin cavab atəşini gözləmədən, sürəti 65 kilometr/saata çatan yeni atış həyata keçirə bilər.
Yeni istilik təzyiqli döyüş sursatları partlayışların həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Azərbaycan döyüş əməliyyatları teatrı şərtlərində bu, dağlarda “Solntsepek” raketlərinin partlayış dalğalarının qayalar tərəfindən əks olunması və dəfələlərlə üstü-üstə yığılması deməkdir. Yandırılan oksigen, bunun ardınca isə təzyiq dalğası canlı olan hər şeyi məhv edir...
Rusiya müdafiə sənayesi kompleksinin Azərbaycan ordusunu maraqlandıra biləcək yeniliklərindən biri də Su-30 qırıcı-bombardmançılarıdır. Bununla belə, təyyarənin özü o qədər də yeni deyil. Lakin müntəzəm olaraq yeni modifikasiyaların yaradılması onun gündəmdə saxlanılması üçün kifayət edir. Cari Su-30KN təyyarələrinin müxtəlif modifikasiyaları qırıcıya 4++ sinfinə uyğun olmağa imkan verir. Bəhs edilən versiyanın üstünlüyü Amerika və Avropa qırıcıları ilə birgə döyüş təlimləri zaman təsdiq olunub. Rusiyanın bütün dünyaya satdığı 600-dan çox belə təyyarənin olması bu qırıcıya dünya bazarında tələb olunanlıq xüsusiyyəti qazandırır. Düşünürəm ki, ən keyfiyətli silahlarla təchiz olunmağa çalışan Azərbaycan Su-30-ların alınmasında maraqlıdır.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi üçün Rusiya yeni növ müxtəlif gəmilər – korvet, freqat, raket katerləri, sahil mühafizəsi katerləri təklif edə bilər. Bu Rusiya gəmilərinin xüsusiyyəti o qədər də böyük olmayan ölçü ilə güclü silahlar – “su-hava” və “su-su” tipli xeyli sayda uzaq mənzilli zenit raketləri və 100 millimetr çaplı artilleriya daşıya bilir. Onlar da Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün əhəmiyyətli güclənmə olardı.
Qərb dövlətlərinin hərbi donanmalarının gücləndirməsinə Rusiya yeni gəmi əleyhinə raket yaratmaqla cavab verdi. Onu hər yerdə gizləmək olar. Belə raketlər 300 kilometr məsafədə ən müasir Amerika esminesini batırmağa qadirdir. Həmçinin Azərbaycan Hərbi Dəniz Donanması gəmilərinin silahlanması və sahil mühafizəsinin gücləndirilməsi üçün Rusiyanın modernləşdirilən X-35 tipli raketləri yaxşı gücləndirici element olardı. Onun təsir dairəsi 2 dəfədən çox – 120 kilometrdən 300 kilometrədək artırılıb, hədəfə tuşlanması PUA və sualtı robotlar vasitəsilə həyata keçirilir, daşıyıcı qismində isə həm gəmi və aviasiya, həm də “Bal” sahil raket kompleksi çıxış edə bilər. Böyük olmayan ölçülər (4,5 metrədək) və kütlə onun başlığı (145 kiloqram) ilə müqayisədə onu dəniz səviyyəsindən 4 metr yüksəklikdə yerləşdirməklə radiomaneələrdən yayınmasını təmin etməyə səbəb olur. Bu şərtlər isə Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün real güclənmə imkanı kimi görünür.
Rusiyanın yeni raket vasitələri də böyük maraq doğurur. “Yermak” orta və kiçik mənzilli yeni raket kompleksi düşmənin mobil qruplaşmalar və yerüstü obyektləri hədəf qismində seçərək endirdiyi zərbələrə qarşı etibarlı müdafiə təmin edir. “Yermak”da atış qurğuları, hədəflərin aşkarlanması aparatı və çox mobil sistem bir araya gətirilib. Taktiki-texniki xüsusiyyətlərə əsasən, “Yermak” aerodinamik hədəfləri 250 kilometr məəsafədə aşkarlamağa qadirdir. Bununla belə, “Yermak” “Buk-M2”nin 24 hədəfinə qarşı olaraq eyni anda 48 hədəfə atəş açmağa qadirdir.
Ermənilərin uğursuz olsa belə, diversiya qruplarını Azərbaycan ordusunun arxasına göndərmək cəhdlərini nəzərə alsaq, Rusiyanın “Tayfun-M” diversiya əleyhinə döyüş maşınları da diqqəti çəkir. Onlar radar, optik və infraqırmızı diapazonlarda mövqe və ərazilərə nəzarət etmək, həmçinin düşmənin diversiya-kəşfiyyat qruplarını məhv etmək təyinatlıdır.
Həmçinin müasir orduların hava hücumundan müdafiə vasitələri ilə təchiz olunduğunu nəzərə alaraq, “Prezident-S” komplekslərinin də Azərbaycan ordusu üçün yararlı ola biləcəyini iddia edə bilərik. Helikopterlərə quraşdırılan kompleks düşmənin qırıcı, zenit raketi və artilleriya komplekslərinin hücum təhlükəsini müəyyənləşdirməyə qadirdir. O, zenit raket komplekslərinin özütuşlayıcı başlıqları, idarəolunan zenit raketləri və aviasiya özütuşlayıcı başlıqlarını məhv etməyi və sıradan çıxarmağı bacarır. “Prezident-S” Ka-52, Mi-28 və Mi-26 döyüş helikopterlərinin fərdi müdafiəsi üçün nəzərdə tutulub.
...Yazının ikinci hissəsində
Ordu.az oxucularına hansı Rusiya silah yeniliklərinin Azərbaycan qoşunlarının zirehli tank texnikalarını, radioelektron mübarizə vasitələrini, cəbhə aviasiyasını gücləndirə biləcəyinədən bəhs edəcəyik.
(Ardı var)
Teymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az