Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bəyan edib.
“Təsdiq etmək istərdim ki, biz kibertəhlükəsizlik üzrə xüsusi qrup yaratmağa hazırıq. Bu qrupda bizim mütəxəssislə bütün önəmli mövzuları müzakirə edə biləcəklər”, - deyə Antonov CBS telekanalına müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, bu qrup ABŞ-da keçirilən 2016-cı il seçkilərinə Rusiya müdaxiləsini araşdıra bilər.
Xatırladaq ki, Rusiya hələ 2015-ci ildə ABŞ-a belə əməkdaşlıq təklif edib, lakin Amerika tərəfi təklifi qəbul etməyib.
Ağalar Qəribov
Ordu.az