Erməni analitik etiraf etdi: "Aprel müharibəsində həlak olanların 30%-i zabit heyəti olub"

2017/12/160407120443_soldier_army_nagorny_karabakh_640x360_getty_nocredit45345_1512456912.jpg
Oxunub: 572     14:52     05 Dekabr 2017    
""Xalq-Ordu" layihəsi vahid sənəd olaraq mükəmməl deyil, bu layihə əsasında orduda aparılan islahatlar isə mənfi təsir bağışlayır".

Ordu.az xəbər verir ki, bu barədə dekabrın 1-də "Media Kentron"da "Müdafiə sahəsində aparılan islahatların səmərəliliyi, Ermənistanın təhlükəsizlik problemləri" mövzusunda aparılan konfrans zamanı "ArAr" Sivilizasiya Araşdırmaları fondunun idarə heyətinin sədri Avetik Çalabyan bildirib.

O, "Xalq-Ordu" konsepsiyanın müdafiə nazirliyinə aid olmadığını və ilk dəfə Jirayr Sefilyan tərəfindən təklif edildiyini qeyd edib. Bu layihənin ictimaiyyət arasında dəstəyi çox aşağı səviyyədədir. Onun fikirlərinə görə, təhlükəsizlik problemləri ətrafında ictimai dəstək formalaşdırmaq üçün iqtidar daha ciddi səylər göstərə bilərdi. Ancaq bu layihə möhlət hüququnun ləğv edilməsinə dair qanun layihəsinin qəbul olunması ilə xalq arasında xidmət etmək və ya etməmək rəyinin formalaşmasına səbəb olub. Bundan əlavə silahlı qüvvələr haqqında islahatların aparılmasına dair təkliflər, normal hərbi xidmət keçməyən, iqtidar nümayəndələri tərəfindən irəli sürülməsi cəmiyyətdə bir mənalı qarşılanmayıb.

Onun sözlərinə görə, aprel müharibəsi geniş islahatlar aparılmasına və cəmiyyətin razılığının formalaşdırmasına yaxşı fürsət idi. Bu baxımdan o, müdafiə nazirliyinin fəaliyyətindən məyus olub. Eyni zamanda 2 tərəfdən təcrid edilmiş və müharibə şəraitində olan Ermənistan üçün bu layihənin vacib olduğunu qeyd edir.

Təhlükəsizlik təhdidlərinin olduğunu, buna görə də resursların səfərbər edilməsi və onların səmərəli idarə olunmasına ciddi ehtiyac var. Onun fikirlərinə görə, bu gün erməni ordusunda savadlı və cəsur orta zabit heyətinin ciddi çatışmazlığı var. Son 10 ildə bu profesionalların sayında ciddi azalma baş verib. 10 il əvvəl zabit peşəsi ən hörmətli, cəlbedici və ödənişli peşə idi. Ancaq ölkə rəhbərliyi buna diqqət yetirmədi, onların maaşı artmadan eyni olaraq qaldı, xidmət şəraitləri daha da çətinləşdi. O əlavə edib ki, aprel müharibəsində həlak olanların 30%-i zabit heyəti olub. Hazırda isə zabit peşəsi nəinki cəlbedici deyil, hətta təhlükəlidir. Zabit heyəti silahlı qüvvələrin 10%-ni təşkil etdiyi halda, ölənlərində 30%-nin zabit olduğunu nəzərə alarsaq, deməli onlar ön xəttdə xidmət edirlər və zərbəni də öz üzərlərinə götürüblər.

Çalabyan, müzakirə zamanı bildirilib ki, dövlət orduda mövcud problemlərin həlli, korrupsiyanın azaldılması, dövlət idarəetmə sistemində vəziyyətin yaxşılaşdırılması istiqamətində heç bir iş aparmır. Əksinə hərbi qulluqçuların sosial sığortası üçün məcburi 1000 dram fonduna vəsait toplanması və möhlət hüququnun məhdudlaşdırılması ilə əsas yükü yenə cəmiyyətin üzərinə qoyur.

Tədbir iştirakçıları bildirib ki, mövcud resurslardan düzgün istifadə etmək lazımdır. Azərbaycan 2010-cü ildən başlayaraq Ermənistanla müqayisədə 7 dəfə daha çox silahlanmaya vəsait sərf edə bilib. 7 il ərzində ölkənin tərk edilməsi və yaxud 90-cı illərdə doğum səviyyəsinin aşağı olması səbəbindən Ermənistanda hər il çağırış resursları 40 % azalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xalq-Ordu   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin