Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2015-ci il noyabrın 28-də hərbi hissədə ölü tapılan Qevorq Xaçatryanı özünəqəsdetmə həddinə çatdırmaqda ittiham edilən erməni əsgəri Mher Voskanyan məhkəmədə ifadə verib.
O, Sünik vilayətində keçirilən məhkəmədə özünü təqsirli hesab etmədiyini bildirib. İttiham edilən Mher Voskanyan ölüm hadisəsi ilə heç bir əlaqəsinin olmadığını, ona qarşı cinayət işinin dayandırılmasını tələb edib.
Qeyd edək ki, o, ilkin araşdırma zamanı təqsirli olduğunu etiraf edib.
Xatırladaq ki, qaldırılmış cinayət işi ilə əlaqədar qarovul (zastava) rəisi kapitan Mher Voskanyana, qarovul başçısı gizir Hovik Kələşyana, həmçinin müddətli xidmət hərbi qulluqçusu Harutyun Muradyana ittiham irəli sürülüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, hadisə kapitan Mher Voskanyanın başlatdığı kart oyununun şərtlərindən irəli gəlib. Belə ki, oyun şərtlərinə görə uduzan 7 gün müddətinə yeməkxanadakı ərzaq qalıqlarından toplamaqla kapitan Voskanyana aid, hərbi hissənin yaxınlığında yerləşən donuzların yemlənməsini təmin etməli idi.
Erməni əsgərləri uduzub və şərtləri yerinə yetiriblər. Hadisə günü ölən erməni əsgəri Qevork telefon xahiş edib, telefonla danışdıb, onu qaytardıqdan sonra aralanıb və bu məqamda atəş səsi eşidilib. Onun odlu silah atəşindən çənə nahiyəsində aldığı xəsarətlərdən öldüyü müəyyən edilib. İstintaq müəyyən edib ki, Harutyun Muradyan adlı erməni əsgəri ölən əsgərə qarşı zorakılıq hərəkətləri edib və onun müxtəlif nahiyyələrinə zərbə endirməklə döyüb.
Alpər Mövludoğlu
Ordu.az