Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ilk dəfə 3 il əvvəl kursant Haykaz Barseğyanın öldürülməsindən sonra məlum olub. Kursant məhz bu kriminal qaydalarının qurbanı olub. İşin araşdırılması zamanı, bəzi kursantların hansı xüsusi imtiyazlara malik olduğu, institutda hansı atmosfer formalaşdığı və zəiflərə necə təzyiq edildiyi müəyyən edilib.
Məlumatlara görə, bəzi kursantlar hərbi institutda davam edən bu qeyri-sağlam atmosferin təsirindən, Haykaz Barseğyanın halına salınma qorxusundan, vaxtından əvvəl ərizə yazaraq təhsili yarımçıq buraxıb, institutdan çıxırlar.
Alpər Mövludoğlu
Ordu.az