Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2013-cü il mayın 15-də Tavuş vilayətindəki hərbi hissələrdən birində erməni əsgəri Davit Xaçatryanın açdığı atəş nəticəsində odlu silah yarası alan Hraçya Sarkisyan hələ də müalicəsini davam edir.
Onun atasının sözlərinə görə, hazırda yaralı əsgərin sol əli işləmir, sol ayağı isə protezlə idarə edilir. O, masaj və fizioterapiya müalicəsi alır. Yaralı erməni əsgərin atası zarafat zamanı Davit Xaçatryan tərəfindən açılan atəş nəticəsində bir nəfərin öldüyünü və oğlunun yaralandığı hadisə ilə əlaqədar şikayətçi olmadıqlarını etiraf edib.
Xatırladaq ki, hadisə 2013-cü il mayın 15-də saat 15:30 radələrində erməni ordusunun hərbi hissələrindən birində qarovul binasının girişindəki müşahidəçi Davit Xaçatryan ona təhkim edilmiş silahdan atəş açıb.
Araşdırmalar zamanı, açılan atəş nəticəsində qarovul heyətindən olan erməni əsgəri Lyuks Stepanyanın baş nahiyəsindən aldığı güllə yarasından yerindəcə ölməsi aşkarlanıb. Digər erməni əsgəri Hraçya Sarkisyan isə, baş nahiyəsindən yaralanıb. Hadisənin zarafat nəticəsində baş verdiyini iddia edən Davit Xaçatryan, təqsirli bilinərək Tavuş rayon məhkəməsi tərəfindən 17 il müddətinə azadlıqdan məhrum edilib.
Alpər Mövludoğlu
Ordu.az