Erməni əsgər anası: "Oğlum intihar etməyib, onu öldürüblər"

2017/12/muradyan234234_1512372795.jpg
Oxunub: 498     15:31     04 Dekabr 2017    
Ölüdürülən erməni əsgərinin anası Ermənistan müdafiə nazirliyini təhdid edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2013-cü il iyulun 30-da işğal altında olan Dağlıq Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrdən birində ölən erməni əsgəri Arman Muradyanın anası Heriknaz Qasparyan artıq 4 ildir ki, oğlunun ölüm səbəblərinin araşdırılması, ədalətin bərqərar olması uğrunda mübarizə aparır.

Rəsmi məlumta görə, ölən erməni əsgərinin intihar etdiyi bildirilir. Erməni əsgərin anası, müdafiə naziri və müavinləri ilə görüşdüyünü, lakin bunun bir nəticə vermədiyini qeyd edib.

Onun sözlərinə görə, özünəqəsd ittihamı doğru deyil,çünki nə hadisə şahidləri var, nə də hadisənin harada baş verdiyini sübut edən dəlillər var. Ölən əsgərin anası, intihar zamanı istifadə edilən silahın oğluna aid olmadığını iddia edir. Müstəntiqin dedikləri ilə uyğun gəlməyən bir çox halların olduğunu bildirir.

Daha öncə qeyd edildiyi kimi, 20 yaşlı Arman Muradyanın ölüm faktı ilə əlaqədar tabor komandirinin silahlandırma üzrə müavini 41 yaşlı mayor Emil Avetisyana təqsirli bilinir. Mayor Avetisyana, tabeliyində olan iki və ya daha çox şəxsə qarşı zorakılıq hərəkətlərində, vəzifə borclarını yerinə yetirməklə əlaqədar tabeliyində olan şəxsi döymə və ya ona qarşı zorakılıq tətbiqetmə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə ittiham irəli sürülüb.

Mayor Emil Avetisyan məhkəmə qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilsə də, 2 ildən sonra əhv edilərək azadlığa buraxılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Ölüm   Məhkəmə  


Bizi "telegram"da izləyin