Ermənistanda iki yüksək rütbəli general işdən qovulacaq

2017/12/345345_1512384169.jpg
Oxunub: 493     14:08     04 Dekabr 2017    
Ermənistan müdafiə nazirliyində iki generalın azad edilməsi haqqında Serj Sarkisyanın əmrlərini gözləyirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyində general Bağmanyan və Qalstyanın tutduqları vəzifələrdən azad edilmələri barədə Sarkisyanın əmrlərini gözləyirlər.

Məlumatlara görə, müdafiə nazirliyində baş qərargah rəisinin müavinləri general Haykaz Bağmanyan və Stepan Qalstyanın tutduqları vəzifələrdən azad edilmələri haqqında qərar qəbul edilib.

Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan bu barədə verilən suallara cavab olaraq prezidentin əmri yayımlanar, onda bilərik deyə cavab verib. Zakaryan digər suallara cavab verməyib. Nazir müavininin cavabından belə məlum olub ki, müdafiə nazirliyində general Bağmanyan və Qalstyanın tutduqları vəzifələrdən azad edilmələri haqqında Sarkisyanın əmrini gözləyirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   BQ  


Bizi "telegram"da izləyin